重生之官路高升最新章节免费阅读_重生之官路高升最新章节 ,没有病毒的黄色网站无弹窗全文阅读_没有病毒的黄色网站最 ,越前龙马在冰帝最新章节目录_越前龙马在冰帝最新章节

发布日期:2021年10月20日
Tarixi dövlət büdcəsi
Tarixi dövlət büdcəsiQarabağ bölgəsinin bu il ərzində bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard manat ayrılır
Analitika
5430
1 Yanvar , 202112:36
Tarixi dövlət büdcəsi

Yeni il bayramı ərəfəsində təsdiqlənən 2021-ci ilin dövlət büdcəsi heç şübhəsiz, tarixi əhəmiyyət daşıyır. Çünki Azərbaycan dövlət müstəqilliyini əldə edəndən bu yana ilk haldır ki, dövlət büdcəsində Qarabağ da var. Bu da 44 günlük İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı parlaq qələbə ilə mümkün oldu.

Bərpa işləri, təchizat, müdafiə

Qarabağ bölgəsinin bu il ərzində bərpası və yenidən qurulması üçün dövlət büdcəsindən ilkin olaraq 2,2 milyard manat ayrılır. İşğal altında qaldığı uzun illər ərzində, habelə İkinci Qarabağ müharibəsi zamanı bölgəyə vurulan maddi ziyanın hesablanmasına artıq başlanıb, ilkin statistik rəqəmlərin bu il ərzində ortaya çıxacağını güman etmək olar. Maliyyə naziri Samir Şərifov bundan sonra ayrılan vəsaitin artırılacağını istisna etməyib. Lakin hökumətin bu bərpa işləri üçün həm daxili mənbələrdən, həm də xarici maliyyə təsisatlarından vəsait cəlb etməyi nəzərdə tutduğunu da unutmamaq lazımdır.

重生之官路高升最新章节免费阅读_重生之官路高升最新章节 ,没有病毒的黄色网站无弹窗全文阅读_没有病毒的黄色网站最 ,越前龙马在冰帝最新章节目录_越前龙马在冰帝最新章节

Bölgədə yaşayış üçün lazımi şərait yaradılandan və əhalinin doğma yurd-yuvalarına qayıtmağa başlayandan sonra iqtisadiyyatı dirçəltmək məqsədilə vergi və sair güzəştlərin, özəl sektora yardım proqramların da tətbiq oluna biləcəyi qeyd olundu. Hərçənd nazirin də işarə vurduğu kimi, 2021-ci ilə hansı iqtisadi vəziyyətdə qədəm qoyduğumuz nəzərə alınsa, proqnoz vermək bir qədər risklidir. Belə ki, şəhid ailələri və qazilərə sosial yardım tədbirlərindən savayı ölkənin müdafiə qabiliyyətini artırmağın da zəruri olduğu unudulmamalıdır. Bunu ötən müharibə bir daha əyani göstərdi.

Odur ki, gələn ilin müdafiə büdcəsinə 4,6milyard manat vəsaitin ayrılması tamamilə məntiqlidir. Belə ki, müharibənin “qaynar” mərhələsi hər nə qədər başa çatsa da, işğaldan azad edilmiş torpaqlarda təhlükəsizliyi təmin etmək üçün müəyyən miqdarda hərbi birləşmələr saxlanılmalıdır. Üstəlik qarşı tərəfin məlum atəşkəsin şərtlərinə ciddi əməl edəcəyi elə indidən müəmmalı görünür.

Ümumi nəzər

2021-ci il dövlət büdcəsinin digər maddələrinə gəldikdə, bütövlükdə ümumi xətt qalır: xərclərin 39faizinədək hissəsi sosial məsələlərə yönəlir, habelə makroiqtisadi sabitliyin qorunmasına mühüm diqqət ayrılır. Gəlir hissəsinin 54,2faizi neft sənayesi ilə bağlıdır, büdcə gəlirlərinin 48faizi də Dövlət Neft Fondundan transfert hesabına maliyyələşdiriləcək. Büdcə kəsiri ÜDM-nin 4,1 faizi səviyyəsində nəzərdə tutulur. Burada mühüm məqam qeyri-neft sektorundan əldə olunan gəlirlərin 2020-ci ilə nisbətən bu il daha 15faiz artmasıdır. Pandemiya olmasaydı, qeyri-neft sektorunun büdcə layihəsindəki payı, şübhəsiz, daha böyük ola bilərdi. Nə isə, hər halda büdcənin ötən ilə olan proqnoza nisbətən mədaxili 5,4faiz, məxarici də 3,8faiz artdı. Deməli, hökumət özəl sektordakı fəallığın tədricən də olsa artacağı qənaətindədir. Baza variantında artım qeyri-neft sektorunda 3,1faiz olmaq şərtilə 3,4faiz göstərilir. Həmçinin büdcədə nəzərdə tutulmuş neft qiyməti də 2020-ci ildəki 35ABŞ dollara qarşı 40ABŞ dolları səviyyəsində təsbit olunur. Bu da dünya iqtisadiyyatı koronavirus pandemiyasından sonra dirçələcəyi təqdirdə gerçəyə yaxın görünür.

Bu il gözlənilən daha bir yenilik beş dövlət şirkətinin nəhayət dövlət xəzinəsinə dividend ödəməyə başlamasıdır. Beləliklə, dövlət inhisarında olan iqtisadiyyat sahələrinin ələbaxımlıq psixologiyasına tədricən son qoyulduğu, əvəzində onların iqtisadi cəhətdən səmərəli olmasına daha çox diqqət yetiriləcəyi təəssüratı yaranır. Həmin dövlət şirkətləri cərgəsinə dövlət payının olduğu üç kredit təşkilatı da qoşulacaq.

Beləliklə,dövlət büdcəsi əsas götürməklə 2021-ci ildən nə gözləmək olar? Bəlkə rəqəmlər o qədər də təmtəraqlı görünmür, amma necə deyərlər, hər gecədən sonra səhər açılır. Yəni iqtisadi tənəzzül mütləq artımla, böhran bolluqla əvəzlənir. Bircə koronavirusu dəf edə bilsək, iqtisadiyyata yeni nəfəs gətirmək daha asan olacaq.

Qulu Nuriyev, ekspert

Son xəbərlər

Orphus sistemi